Keyfiyyətə Nəzarət
Satınalma prosesində bizim üçün ən vacib nüanslardan biri də müqavilədə göstərilmiş öhdəliklərə uyğun malın təhvil verilməsidir. Hazırlanan məhsullar öncədən razılaşdırılmış şərtlərə və beynəlxalq standartlara cavab verməlidir. Təcrübəmiz gösətirir ki, yerli sahibkarlarımızın Çindən alışlarda ən çox qarşılaşdıqları problemlərin başında istehsalçı vəya satıcı firmaların müqavilədə göstərilən şərtləri pozaraq uyğunsuz məhsul təhvil vermələridir. Əsasən də pandemiya və sonrası beynəlxalq səfərlərin dayandırılması yerli sahibkarlarımız üçün məhsulun keyfiyyətinə nəzarəti olduqca çətinləşdirdi. Bu səbəblə, istehsalçı ölkədə yerləşən monitoring grupumuz istehsal prosesinin ardından malların tələb olunan keyfiyyətə uyğun olub olmadığını yoxlamaqdadır. Bu isə, xoşagəlməz halların aradan qaldırılmasına və düzgün bines fəaliyyətinin icra edilməsinə zəmin yaratmaqdadır.