“Garant Group” LTD 2015 – ci ildə Çin Xalq Respublikasının Yiwu şəhərində yaradılmış və global satınalma fəaliyyətini həyata keçirən ixtisaslaşmış beynəlxalq təchizat şirkətidir. Şirkətimiz, Çin başda olmaqla Avropa, MDB ölkələri, Türkiyə və bir çox qonşu ölkələrlə təchizat zəncirinin qurulmasını yüksək peşəkarlıqla həyata keçirməktədir. Məqsədimiz, çoxsaylı peşəkar kollektivimiz və fərqli ölkələrdə yerləşən ofislərimiz ilə istehsalçı və istehlakçı arasındakı məsafəni və xərcləri minimuma endirməkdir. Bu səbəblə şirkətimiz, malların araşdırılması mərhələsindən başlayaraq məhsul keyfiyyətinin yoxlanılması, 500 m2 sahədə və hər cür şəraitlə təchiz olunmuş anbarımızda malların düzgün paketlənməsinin təmini, çeşidlənməsi, daşınması, idxal və gömrük işləri də daxil olmaqla bütün prosesi öz öhdəliyinə götürür.
Başlanğıcda sadəcə Çin ofisi ilə fəaliyyət göstərən “Garant Group” , hal-hazırda 4 fərqli ölkə ofisi ilə müştərilərinə xidmət verməktədir. Bu, siz dəyərli tərəfdaşlarımıza daha qısa müddətdə və daha uyğun şərtlətlə xidmət etməyimizə imkan yaradır.
Öz sahəsində illərdir dəvamlılığını qoruyan şirkətimiz, müşətərilərinin biznesinin daha çox böyüməsi üçün əlindən gələni edir. Çünki, müştərilərimizin uğuru bizim nailiyyətimizdir.
Fəaliyyətində innovativ yeniliklərin bütün faydalarından məharətlə istifadə edən şirkətimiz, dünyanının istənilən nöqtəsindən satınalma və təchizat xidməti təklif etməktədir.
Gördüyümüz işin məsuliyyətinin böyük olduğunun fərqindəyik. Çünki, təhvil verilmiş hər bir sifariş müştərimiz üçün yeni qazancın əldə olunmasına və ölkə rifah səviyyəsinin artmasına səbəb olur.
We strongly support best practice sharing across our operations around the world and across various industrial sectors.
Our commitment to sustainability helps us reduce waste and share the benefits with our customers.
As one of the world’s leading supply chain management companies, we design and implement industry-leading solutions.
• 2015 –cu ildə şirkətin infrastruktur işləri tamamlanaraq fəaliyyətə başlamışdır. Həmin ilin sonları, 2016-cı ilin başlanğıcında etibarən artıq bazarda fəaliyyət göstərən bir çox köklü firmalarla əməkdaşlığı genişləndirmişdir. 2017 - ci ildə isə, firmamız həm Sədərək bazarında kifayət qədər müştəri bazası yaratmış, həm də bir çox dövlət layihəsində subpodratçı qismində iştirak etmişdir.
• 2018-ci ildə isə, firmamız artan bazar tələbatını qarşılamaq üçün Rusiya və İran ofislərini açmışdır. Həmin il firmamız “Kidoll” brendini yaradaraq yeni fəaliyyət sahəsində ximdət verməyə başlamışdır. 2019-cu ildə pandemiyanın yaratdığı təsirin nəticəsində bazar payının kiçilməsi firmamızın fəaliyyətini də durğunlaşdırmışdır. Lakin, 2020-ci ilin başlarından etibarən beynəlxalq səfərlərən məhdudlaşdırılması ilə yerli firma və sahibkarlarımız etibarlı tərəfdaş axtarışına girmişdir. Bu isə firmamızın fəaliyyətini artıraraq bir çox yeni sahibkar və firmalarla əməkdaşlıq fürsəti yaratmışdır.
• 2021-ci ildən etibarən şirkətimiz Azərbaycan ofisində yenidən infrastruktur dəyişikliyi edərək bazar payını artırmışdır.
Məhsul araşdırması və emal etdirilməsindən tutmun satınalınmasına, daşınma və logistika xidmətləri və gömrükləşmə prosedurlarına qədər, bütün təchizat zəncirini yüksək peşəkarlıqla həyata keçiririk.
“Garant Group”, ölçüsündən, biznes kateqoriyasından və ölkəsindən asılı olmayaraq bütün müştərilərinin ehtiyaclarını ödəmək üçün inteqrasiya olunmuş, tək mənbəli həllər və xidmətlər təklif edir.
Çünki, qeyd olunan xidmətlərin tamamını 6 ildən artıq müddətdir ki, başda Çin başda olmaqla dünyanın bir çox nöqtəsindən yorulmadan və əldə etdiyimiz təcrübəmizlə həyata keçiririk.
Input your search keywords and press Enter.