Bazar araşdırması və satınalma
Fəaliyyət sahəmizin ən vacib hissəsi olan bazar araşdırmasının aparılması, verdiyimiz xidmət keyfiyyətinin tənzimlənməsinə birbaşa təsir edir. Çünki, keyfiyyətli və beynəlxalq tələblərə uyğun məhsulun tapılması ancaq düzgün bazar araşdırmasının nəticəsində əldə oluna bilər. Digər tərəfdən keyfiyyətlə paralel olaraq daha uyğun qiymətin təmini də bu prosesin vacib tərəfidir. Bunun üçün isə həmin ölkə bazarını yaxından tanımaq, ticarət sahəsindəki qanunları bilmək və ölkə insanının adət ənənəsinə yaxından bələd olmaq olduqca vacibdir. Bu məqsədlə Garant Group, fəaliyyət göstərdiyi müxtəlif ölkələrdə yerləşən ofislərində əməkdaşlarını bu sahədə yüksək ixtisasa sahib həmin ölkə vətəndaşlarından seçmektədir. Bu da öz növbəsində yüksək keyfiyyətə sahib məhsulları daxili bazardan daha uyğun qiymətə əldə etməyinizə səbəb olur.